Emin Hüseynov
Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi NümayəndəsiIntro
Azad olunmuş ərazilərdə Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov bu müsahibədə torpaqlar azad olunmazdan çox əvvəl hazırlanmış strateji planı vurğulayaraq, Qarabağın sürətli yenidən qurulmasını müzakirə edir.
O, yurduna geri qayıdan məcburi köçkünlər üçün davamlı iqtisadi imkanların yaradılması, sənayenin inkişafı, bərpaolunan enerji və kənd təsərrüfatı problemlərinə toxunur.
Emin Hüseynov həmçinin Qarabağın bərpasının mədəni və tarixi əhəmiyyətindən, Azərbaycanın regional əməkdaşlıqda rolundan və qonşu Ermənistana sülh və iqtisadi tərəfdaşlıq təklifindən bəhs edir.
Summary
Emin Hüseynovun fikrincə, azad olunandan sonra Qarabağın yenidən qurulması faktiki hərbi zəfərdən çox əvvəl düşünülmüş bir vəzifə idi. O, xatırlayır ki, hələ 2006-cı ildə Prezident İlham Əliyev ADA Universitetində, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağı halda regionun münaqişədən sonra yenidən qurulmasının hipotetik planını akademik tapşırıq kimi irəli sürmüşdü.
Tədqiqatın nəticəsi bərpa işləri üçün ümumi çərçivənin əsasını qoydu, lakin torpaqlar azad olundqudan sonra yerlərdəki vəziyyət daha fərdi yanaşma tələb etdi. Emin Hüseynov vurğulayır ki, mövcud plan dəyərli informasiya versə də, hökumət real zamanda hadisələrin inkişafına sürətlə adaptasiya olunmalı idi.
Emin Hüseynov işğaldan qalan dağıntıların miqyasını nəzərə alaraq, Qarabağın yenidən qurulmasına presedenti olmayan problem kimi baxır. Onun fikrincə, qarşıda duran ilk prioritet vəzifə yenidənqurma prosesini idarə etmək üçün, əlaqələndirilmiş çoxsaylı maraqlı tərəflərin cəlb edildiyi və hər addımın geniş milli maraqlara uyğunluğunu təmin edən hökumət çərçivəsini yaratmaq idi. O, izah edir ki, Prezidentin Qarabağı “cənnət”ə döndərməyi bəyan etməsi hökuməti ən qabaqcıl texnologiya və şəhərsalma standartlarını hədəfə almağa sövq edən yüksək standart müəyyənləşdirir.
Emin Hüseynov yenidənqurmanın iqtisadi aspektinə toxunaraq, Qarabağa qayıdacaq 900 000 məcburi köçkün üçün iş yerlərinin yaradılmasının vacibliyini irəli sürür. Onun fikrincə təkcə mənzil probleminin həlli kifayət etmir; hökumət həmçinin qayıdan əhalinin bacarıq və arzularına uyğun davamlı iş yerləri yaratmalıdır. O, Ağdamda sənayenin inkişafından bəhs edərək, burada artıq çoxsaylı investorların cəlb olunduğu, zavod və müəssisələrin tikildiyi və işə salındığı 490 hektarlıq sənaye parkının fəaliyyət göstərdiyini qeyd edir. Emin Hüseynov inanır ki, bu iqtisadi dirçəliş bərpaolunan enerji və kənd təsərrüfatının inkişafı ilə bərabər Qarabağın çiçəklənən bir regiona çevrilməsini təmin edəcək.
Emin Hüseynov regionun bərpaolunan enerji potensialı ilə bağlı nikbin fikirdədir. O, Qarabağı mühüm su, günəş və külək enerjisi ehtiyatları ilə zəngin “nəhəng batereya” kimi təsvir edir. O, bp kimi beynəlxalq şirkətlərin Cəbrayılda günəş enerjisi panellərinə investisiya qoyduğunu, Kəlbəcər kimi geotermal resurslara malik regionlarda hökumət layihələrinin həyata keçirildiyini qeyd edir. Emin Hüseynov Qarabağın yaşıl enerji zonasına çevrilməsində bərpaolunan enerjinun mərkəzi rol oynayacağını və bunun Azərbaycanın daha geniş ekoloji hədəflərinə və 2050-ci ilədək sıfır emissiya öhdəliklərinə xidmət edəcəyini vurğulayır.
Emin Hüseynov həmçinin Qarabağın mədəni irsinin bərpasının vacibliyini də qeyd edir. O, bu vəzifənin emosional yükünü önə çəkərək, Qarabağın azərbaycanlılar üçün dərin tarixi əhəmiyyət daşıdığını bildirir. Onun fikrincə, ölkənin mədəniyyət paytaxtı hesab olunan Şuşa kimi şəhərlərin bərpası regionun müasir inkişafla yanaşı həm də öz simasını qoruyub saxlamasına kömək edəcək.
Qarabağın yenidən qurulmasının regional nəticələrinə toxunan Emin Hüseynov Azərbaycanın Ermənistanla iqtisadi əməkdaşlığı hər iki ölkə üçün faydalı hesab etdiyini aydın şəkildə ifadə edir. O, Azərbaycanın Cənubi Qafqazın lider iqtisadiyyatı rolunun regional inkişafa təkan verəcəyinə inandığını və Ermənistanın bu imkanlardan istifadə etməyi seçəcəyinə ümid etdiyini bildirir. Lakin o, eyni zamanda qeyd edir ki, Azərbaycan Ermənistanın iştirak edib etməməsindən asılı olmayaraq tərəqqisini davam etdirəcək, çünki ölkənin öz qüvvəsi hesabına uğur qazanmaq üçün kifayət qədər resursu və qətiyyəti var.
Sonda, Emin Hüseynov əmin olduğunu bildirir ki, Qarabağın yenidən qurulması təkcə regionun bərpasında rol oynamayacaq, həm də qlobal miqyasda münaqişədən sonrakı dirçəliş modeli kimi xidmət edəcək.
O, bu prosesə həm peşəkar çağırış, həm də şəxsi şərəf kimi baxır və ölkəsinin transformativ layihəsində iştirakı ilə qürur duyduğunu bildirir.